ABŞ-ın
Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi Riçard Holbruk Pakistan
Talibanının lideri Beytulla Məshudun ölümünü böyük uğur sayır. Holbruk Pakistanda Talibanlar arasında qarışıqlıq
barədə məlumatı sevindirici xəbər adlandırıb. Vaşinqtonda açıqlama verən cənab
Holbruk habelə deyib ki, Taliban və onun müttəfiqləri arasında yenidən tənzimlənmə
ola bilər, ancaq Birləşmiş Ştatlar bunun nədən ibarət olacağını bilmir. ABŞ rəsmiləri
bildirir ki, Məshudun keçən həftə raket hücumu nəticəsində öldüyünə 90 faiz
ehtimal var. Digər tərəfdən bəzi Taliban rəsmiləri Məshudun hələ də sağ
olduğunu deyir. Holbruk “Diva Radio”ya bildirib ki, ABŞ-ın dünya ölkələri ilə
müqayisədə Pakistana daha artıq hərbi və
iqtisadi yardım göstərir.