Accessibility links

Almaniya kansleri Angela Merkel Rusiya prezidenti ilə görüşüb


Almaniyanın kansleri Angela Merkel Soçidə Prezident Medvedevlə görüşdükdən sonra deyib ki, o Çeçenistanın insan hüquqları fəalı Zamera Sədulayevanın qətli daxil olmaqla bu yaxınlardakı qətilləri qətiyyətlə pisləyir.

Cənab Medvedev isə bildirib ki, bu yaxınlarda Qafqazın tanınmış şəxslərinin qətlə yetirilməsinin məqsədi Rusiyanın cənubunda sabitliyi pozmaqdır. Rusiya lideri bir neçə insan hüquqları fəallı və yerli rəsmilərin öldürülməsi ilə nəticələnən hücumların məsuiyyətini şəxsiyyətləri bilinmiyən əcnəbilərin üzərinə atıb. O, həmçinin Kreml tərəfdarı Çeçen lideri Ramzan Qadirova qatilləri tapmaq və onları məhkəmə qarşısına çıxarmaq barədə göstəriş verdiyini bildirib.

Prezident Medvedev ilə kansler Merkelin arasındakı danışıqların mərkəzində iqtisadi məsələlər olub . Bu məsələlər arasında Rusiyanın Almaniyanın Vadan gəmiqayırma zovuduna sərmayə qoyuluşu da var. Almaniya Avropada Rusiyanın ən böyük ticarət tərəfdaşıdır.


XS
SM
MD
LG