Accessibility links

Mətbuat İcmalı: İranda siyasi məhbuslara qarşı işgəncə iddiaları (audio)


Dünya mətbuatının yazdığına görə, İranda son hadisələr ölkədə sistem daxili yeni siyasi böhrana gətirib çıxara bilər.

“Reuters”

Reuters xəbər agentliyi İranın dövlət radiosuna istinadən bildirir ki, ölkənin sərt-xətt tərəfdarı mühafizəkar ruhanisi mübahisəli 12 iyun prezident seçkilərindən sonra nəzarət altına alınanların sərbəst buraxılması üçün Qərbin təzyiqlərinə müqavimət göstərmək üçün məhkəmə keçirilməsinə çağırıb. “İranlılar sərt və düşünülmüş addımlar atılmasını və Qərbin təzyiqlərinə güzəştə gedilməməsini gözləyir ”- deyə Əhməd Xatəmiyə istinad edilən yazıda bildirilir.

“New York Times”

“New York Times” qəzeti isə yazır ki, Tehran Universitetində cümə xütbəsində Əhməd Xatəmi söyləyib ki, Britaniya və digər bəzi dövlətlərin Tehrandakı səfirliklərinin seçkilərdən sonrakı etiraz nümayişlərində əli olub. Qəzet Əhməd Xatəminin İranın güc sahibi olan 86 nəfər ruhanidən ibarət Ali Dini Şuranın üzvü olduğunu xatırladır. Məqalədə deyilir ki, Mehdi Kərrubi həbs olunanların həbsxanada işəncələrə məruz qalaraq ölməsi iddiasını irəli sürüb. O habelə, öz internet səhifəsində Tehranın Kəhrizək həbsxanasında qadın və kişi məhbusların zorlandığını iddia edib. Rəsmiləri isə bu iddiaları əsassız adlandıraraq rədd edir”. “New York Times” yazır ki, Kərrubinin tənqid atəşi ilə yanaşı digər məğlub namizəd Mir Hüseyn Musəvi və sabiq prezident Məhəmməd Xatəmi də sərt-xətt tərəfdarlarına əsəbidirlər. Məqalədə habelə deyilir ki, İnqilab Şurasının siyasi məsələlər üzrə rəhbəri Yadulla Cavani də bu 3 islahatçını iğtişaşları qızışdırmaqda ittiham edərək onların həbsinə çağırır.

“Washington Post”

“Washington Post”-un “İslahatçılar İran Ali liderinin istintaqa cəlb olunmasına çağırır” başlıqlı məqaləsində deyilir: “Bir qrup islahatçı sabiq qanunverici İranın ən nüfuzlu ruhani qurumu Ali Dİni Şuraya müraciət edərək ali dini rəhbər Ayətulla Əli Xameneyinin seçkilərin qanuni hesab olunması barədə qərar vermə səlahiyyətinin olub-olmamasını araşdırılmasına çağırıb.” Qəzet bu çağırışın məhbusların işgəncələrə məruz qalmasına dair iddiaların mühafizəkarlar tərəfindən məhkum edilməsi ilə eyni vaxta təsadüf etdiyini yazır. Məqalədə deyilir ki, bütün ölkə boyu sərt-xətt tərəfdarı ruhanilər islahatçı lider Mehdi Kərrubinin həbsxanalarla bağlı iddialarına görə həbsinə çağırır.

“Guardian”


Böyük Britaniyanın “Guardian” qəzeti isə xüsusilə Mehdi Kərrubinin dünənki iddialarına yer verir. Qəzet yazır ki, Seçkilərdə 3-cü yeri tutmuş Kərrubi İrandakı məhbəsi İraqdakı Əbu Qreyb həbsxanası ilə müqayisə edib. Mark Tran tərəfindən yazılan məqalədə deyilir ki, BMT-nin Cenevrədəki İnsan Haqlar Komitəsnin təyin etdiyi müstəqil təhqiqatçı Manfred Novak iğtitşaşlardan sonra həbs edilən iranlı nümayişçilərlə məhbəsdə pis rəftar olunduğuna dair əsaslı iddialar əldə etdiyini bildirib.

“Los-Angeles Times”


“Los-Angeles Times” İran qanuni sisteminin yeni tənqidlər dalğasına məruz qaldığını yazır. Borzu Daraqahinin Beyrutdan göndərdiyi reportajda deyilir ki, məhbuslarla kobud rəftar, televiziya ilə nümayiş etdirilən məhkəmə etirafları bu tənqid dalğasının qaynağıdır. Məqalədə həmçinin yazıldığına görə, rəsmilər 24 yaşlı fransız əsilli Klitold ReisinTehrandakı Fransa səfirliyinə təhvil verilməsinə işarə ediblər.

“Associated Press”

“Associated Press” isə yazır ki, İranın müxalifət lideri Mehdi Kərrubi deyir ki, o, məhbusların ifadələrini alıb və onlar həbsdə olan zaman onlara qarşı kobud rəftar olunub və bu məhbuslar digərlərinin işgəncələrə məruz qalaraq öldüyünün şahidi olub. Agentlik bu iddiaların ruhani liderlər tərəfindən tənqid atəşinə məruz qaldığını da oxucularının diqqətinə çatdırır.
XS
SM
MD
LG