Accessibility links

Fətah İsrailə qarşı silahlı mübarizə ideyasını istisna etmir


Bu yaxınlarda Fələstinlilərin Fətah qrupunun qurultayı keçirilib. Bu Fətahın 20 ildə ilk qurultayıdır. Liderlər tədbiri fələstinlilər arasında popyularlığını itirmiş təşkilatı dirçəltmək cəhdi adlandırırlar. Çoxlu fələstinli veteranların təşkil etdiyi köhnə rəhbərliyi özündən razılıqda, rüşvətxorluqda və İsrailin işğalına son qoymaq üçün kifayət qədər iş görməməkdə ittiham edir. Onların əksəriyyəti, daha mötədil mövqedən çıxış etmədən qabaq İsrail əleyhinə terrorist kampaniyaları da əhatə edən Fələstinlilərin silahlı mübarizəsinin veteranları olub.
Qurultayda Fətah üzvləri iki dövlətin mövcudluğu da daxil sülh prosesinin öhdəliklərini təstiq ediblər. Eyni zamanda Təşkilat sülh danışıqları iflasa uğradığı halda İsrailə qarşı hər cür müqavimət və mübarizə hüququnu özündə saxlayır. Hətda sülh tərəfdarı olduğunu irəli sürənlər də bir qədər eyni mövqedən çıxış edir. 30 yaşlarında olan Dimitri Dilani deyir ki, bu konfransda bir şeyi xüsusi olaraq vurğuladıq ki, milli məqsədimizə çatmaq üçün sülh ən yaxşı yol olsa da yeganə yol deyil.


İran tərəfindən dəstəklənən və İsraillə sülhün əleyhinə olan Həmas qrupu 2006-cı ildə Qəzzada seçkiləri udmuşdu və Fatahı 2007-ci ildə bu ərazidən çıxartmışdı. Onun İsrail dövlətini məhv etmək çağırışı İsrailə qarşı qəzəbli kütlə arasında rezonans doğurdu.
Fətah Təşkilatı İsraillə danışıqlarda daha mötədildir. Amma analitiklər deyir ki, təşkilat daxilində heç kim bütünlüklə silahlı mübarizədən əl çəkməyə siyasi cəhətdən cəsarət göstərə bilmir.

XS
SM
MD
LG