Accessibility links

Hillari Klinton Afrika səfərini başa vurur


Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton 7 Afrika dövlətinə səfəri çərçivəsində son dayanacağı olan Kap Verde arxipellaqına gedib və bu gün ölkənin baş naziri Hose Maria Neveslə görüşüb. Obama administrasiyası bu qərb sahili adasının Afrika tarixində demokratiya yolu ilə ən müvəffəqiyyətlə irəliləyən bir bölgə olduğunu deyir.

Xanım Klinton Kap Verdiyə dünən, Afrika dövlətləri içərisində ilk qadın prezident, Liberiya prezidenti Ellen Conson Sirliafla görüşündən sonra yola düşüb. Bundan əvvəl isə xanım Klinton Keniya, Cənubi Afrika, Anqola, Konqo Demokratik Respublikası və Nigeriyaya səfər etmişdi.


XS
SM
MD
LG