Tayvan prezidentinin sözlərinə görə, Morakot tufanının yaratdığı daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 500-ə çata bilər. Ma Yinq-Ceu milli təhlükəsizlik iclasında yardımçılarına deyib ki, ölkənin cənubunda tufanın səbəb olduğu torpaq sürüşməsi nəticəsində 400 nəfərin həyatını itirdiyi ehtimal olunur. Artıq fəlakət nəticəsində 100-dən artıq insanın öldüyü təsdiq edilib. Cənab Manın hökuməti böhrana qarşı daha teztədiblər görmədiyi iddialarına görə tənqid edilir.
Keçən həftə Morakot tufanının səbəb olduğu daşqın və torpaq sürüşmələrinin yolları və körpüləri dağıtmasına görə minlərlə kənd sakini ilə əlaqə yaradıla bilmir.