Accessibility links

Venezuela lideri Rusiya ilə münasibətlərin vacibliyini vurğulayır


Venezuela prezidenti deyir ki, ABŞ Latın Amerikasında hərbi mövcudiyyətini artırmağa başlayandan bəri Rusiya və Belarus kimi dövlətlərlə tellərin mühümlüyü artıb. Huqo Çavez ABŞ-la Kolumbiya arasında bağlanmış sazişi əsas gətirərək müttəfiq dövlərlərlə əməkdaşlığı gücləndirməyin əhəmiyyətini qeyd edib. ABŞ hazırda Kolumbiya ilə anti-narkotika əməliyyatları məqsədilə istifadə üçün 7 baza üzərində danışıqlar aparır. Kolumbiya və ABŞ rəsmiləri narahatlığa əsas olmadığını deyirlər. Prezident Çavez bir ay ərzində Rusiya və Belarusa səfər edəcəyini bəyan edib.
XS
SM
MD
LG