Accessibility links

İndoneziyanın Sumatra adası sahillərində güclü zəlzələ baş verib


İndoneziyanın Sumatra adasının sahillərində baş vermiş güclü zələzələ nəticəsində 7 nəfərin yaralandığı, bir çox insan evlərini tərk etdiyi xəbər verilir.

ABŞ-ın Geoloji Araşdırma bürosundan bildirilir ki, 6.7 bal gücündə zələzələ bu gün Hind okeanının 45 kilometr dərinliyində baş verib. Sunami haqda xəbərdarlıq verilməyib.

Zəlzələ Qərbi Sumatra vilayətinin Padanq şəhərindən 110 kilometr aralıda baş verib. İndoneziya rəsmilərinin bildirdiyinə görə, Padanqda yeddi nəfər yaralanıb, vilayətin paytaxtında bir ev zədə alıb.

İndoneziyanın Siberut adasında da yer titrəyişləri baş verib.

İndoneziya aktiv seysmik zonada yerləşir.

XS
SM
MD
LG