ABŞ
Senatoru Cim Veb deyir ki, Birmanın hərbi liderləri ilə görüşü zamanı o,
müxalifət lideri Aunq San Su Kyinin azadlığa buraxılmasına çağırıb. Birmanın hərbi hökuməti tərəfindən azad
edilmiş amerikalını və ABŞ senatorunu daşıyan təyyarə Banqkokda yerə enib. Con Yetau amerikalı senator Cim Vebi Tailanda
uçuşda müşayiət edib. Veb Yetaunun azadlığını
dünən Birma lideri general Tan Şve ilə görüşü nəticəsində əldə etdi. Veb Tan Şve ilə görüşmüş ilə Amerika
rəsmisidir. Birmanı tərk etməzdən əvvəl
qısa mətbuat konfransı keçirən Cim Veb Yettaunu azad etdiyinə görə Birma
hökumətinə minnətdarlığını bildirib.
Banqkoka gəldikdən sonra Senator Veb müxbirlərə bildirib ki, Çin öz
nüfuzundan istifadə edərək Birmanın repressiv və təcrid olunmuş hökumətini
islah etməyə çalışmalıdır. Senator deyib
ki, Birmada siyasi qarşıdurmanı aradan qaldırmaq və xalqa firavanlıq gətirmək
üçün imkanları dövlət katibi Hillari Klintonla müzakirə etməyi
planlaşdırır. Cənab Veb Senat Xarici
Əlaqələr Komitəsinin Şərqi Asiya və Sakit Okean Hövzəsi üzrə alt komitəsinin
sədridir.