Accessibility links

İranda üçüncü siyasi məhkəmə başlayır


İranda 28 müttəhim iyunda prezident seçkilərinin ardınca baş verən iğtişaşlar ittihamı ilə məhkəməyə çıxarılıb. Bu, iyun hadisələrindən bəri keçirilən üçüncü kütləvi siyasi məhkəmədir. Bu arada İran prezidenti Mahmud Əhmədinejad bildirir ki, o, azı 3 qadını kabinetinə üzv təyin edəcək. İran islam hökumətinin tarixində bu, ilk belə hadisədir. Bu gün televiziyada çıxış edən prezident deyib ki, o, Fatema Acorlunu sosial təminat naziri və Mərziyə Vahid Dəstgerdini səhiyyə naziri təyin edəcək. Xanım Dəstgerdi Milli Məclisin üzvüdür. Lakin cənab Əhmədinejad üçüncü qadının adını açıqlamayıb. 1979- cu il İslam inqilabından sonra, qadın nazir Fərroxru Pərsey korrupsiya ittihamı ilə edam edilmişdi.
XS
SM
MD
LG