İraq polisi
bildirir ki, silahlı şəxslər keşikçi postuna hücum edərək bir polisi öldürmüş, iki
nəfəri isə yaralamışlar. Hücum Bağdaddan
60 kilometr cənubda yerləşən Müseyyib qəsəbəsində baş verib. Dünən şərqi Bağdaddakı şiə restoranında baş
verən iki bomba partlayışı azı 6 adamı öldürmüş, 18 nəfəri isə
yaralamışdır. Polis rəsmiləri deyir ki,
restoranın bayırında və içəridə yerləşdirilmiş bombalar eyni vaxtda partlayıb.