Birma
hökuməti ev dustaqlığında olan müxalifət lideri Aunq San Suu Kyinin evinə girən
Con Yettaunu 7 illik həbsə məhkum edəndən bir həftə sonra o, ABŞ Senatoru Jim
Veblə birlikdə Banqkoka gəlib. Veb Yettaunun azadlığa buraxılmasına görə
General Tan Şveyə təşəkkürünü bildirib: "Bu Birma hökumətinin bir jesti idi və biz buna minnətdarlığımızı
bildirməliyik".
Birmada olan zaman Vebə Yettaunun hərəkətinə görə ev dustaqlığı daha 18 ay uzadılan Aunq San Suu Kyi ilə görüşə də icazə verilmişdi. Xanım Kyi son 20 ilin 14-nü müxtəlif növ həbslərlə keçirib. Senator onun da azad olunmasına və gələn il keçirilməsi planlaşdırılan seçkilərdə iştirakına icazə verilməsinə çağırıb. Jim Veb deyib ki, Birmanın ticarət tərəfdaşları, xüsusilə də Çin Ranqunun islahatlar həyata keçirməsinə təzyiq göstərməlidir.
Bununla yanaşı o deyib ki, Birma hökuməti nüvə texnologiyasının inkişafı səyləri barədə məlumatı rədd edib. Banqkokda jurnalistlərlə danışan senator Veb Birma hərbi lideri General Tan Şve ilə görüşü zamanı məsələnin gündəmə çıxarılmadığını dilə gətirib. Buna baxmayaraq o deyib ki, Birma hökuməti nüvə proqramına sahib olmadığını bildirir.