Accessibility links

Pakistanda zorakılıqlar davam edir


Pakistan polisi deyir ki, ölkənin şimal-qərbində yük maşınına qoyulmuş bombanın partlaması nəticəsində 7 adam ölüb. Hücum Pişəvər civarındakı Çarsadda regionunda baş verib.Pakistan ordusu son bir neçə həftə ərzində burada Taliban militantlarına qarşı əməliyyatlar keçirir.Polis deyir ki, bomba üstündə dərman yazılmış qutunun içərisində yerləşdirilib. Taliban hücum üçün məsuliyyəti öz üzərində götürüb.Bu arada Pakistan polisi Sünni militant qrupun rəhbərini qətlə yetirildiyini xəbər verir.Silahlı şəxslər Əli Şer Heydərini və onun müşavirini Sindh vilayətində maşında getdikləri vaxt güllələyib.
XS
SM
MD
LG