Accessibility links

Barak Obama bu gün Hüsnü Mübarəklə Ağ Evdə görüş keçirib


ABŞ prezidenti Barak Obama bu gün Misir prezidenti Hüsnü Mübarəklə görüşüb, Yaxın Şərqdə sülh prosesi və digər məsələləri müzakirə edib. Liderlər Israil-Fələstin sülh prosesinin irəliləyəcəyinə ümid bəslədiklərini bildiriblər.

Prezident Obama görüşdən sonra müxbirlərə İordan çayının qərb sahilindən yoxlanış məntəqlərinin götürülməsi və Fələstinin təhlükəsizlik qüvvələrində inkişaflar daxil edilməklə, doğru istiqamətdə irəliləyişlər olduğunu deyib. Misirin prezidenti Hüsnü Mübarək isə İsrail və Fələstinlilər arasında danışıqlara ehtiyac olduğunu deyib.

ABŞ və Misir liderləri İran, İraq və Misirdə islahatlar kimi məsələləri də müzakirə masasına çıxarıblar.

Dünən Hüsnü Mübarək dövlət katibi Hillari Klintonla bir saatlıq görüş keçirib. Dövlət Departamentinin bildirdiyinə görə, tərəflər Yaxın Şərq sülh prosesi, İran və Sudandakı vəziyyət daxil edilməklə, müxtəlif məsələləri müzakirə edib.


XS
SM
MD
LG