Accessibility links

Deyvid Petreyes İslam Kərimovla görüşüb


ABŞ hərbi qüvvələrinin generalı Deyvid Petreyes bu gün Özbəkistan prezidenti İslam Kərimovla Əfqanıstan və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib. Amerikanın Cənubi Asiya və Yaxın Şərqdəki qüvvələrinin komandanı Petreyes Özbəkistanın digər yüksək səlahiyyətli rəsmiləri ilə də danışqılar keçirib.

UZA xəbər agentliyinin prezident Kərimova istinadən verdiyi xəbərdə deyilir ki, ABŞ-la münasibətlərin inkişafında Özbəkistan böyük əhəmiyyət daşıyır. Özbəkistan qonşu Əfqanıstana qeyri-hərbi yüklərin daşınması üçün Amerikanın onun ərazilərindən istifadə etməsinə icazə verib.

XS
SM
MD
LG