Gürcüstan Sovet İttifaqının süqutundan sonra yaradılan Müstəqil Dövlətlər Birliyindən çıxdığını elan edib. Gürcüstan rəsmiləri Tbilisi hökumətinin MDB ölkələri arasındakı ticarət əlaqələrinəə riayət edəcəyini bildirib.
Gürcüstan prezidenti Mixail Saakaşvili ölkəsinin MDB-dən çıxacağını keçən il Rusiya-Gürcüstan müharibəsindən sonra bəyan etmişdi. Prezidentin qərarı tezliklə parlamentin təsdiqini əldə etmişdi.