Accessibility links

Çin-Avsraliya münasibətləri gərgin olaraq qalır


Çin xarici işlər nazirinin müavini Hi Yafeyin bu ayın əvvəllərində Avstraliya səfərini təxirə salınmasınıMelburn film festivalında iştirak etməsi üçün Dünya Uyğur Konqresinin rəhbəri Rabiyə Qədirin viza ilə təmin edilməsi ilə izah edib. Avstraliyanın Xarici İşlər Nazirliyi onun yerinə Sakit Okeanı Adaları forumunda xarici işlər nazirinin müavinini daha aşağı səviyyəli rəsminin əvəz etdiyini deyib. Nazirliyinin bəyanatında Çinin qərarı təəssüflə qarşılanıb. Çin mühacirətdə yaşayan dissident Rəbiyə Qədiri iyul ayında Sincan vilayətində baş qaldıran uyğur qiyamını qızışdırmaqda ittiham edir. Pekin zorakıqlar zamanı 200-dən artıq insanın həlak olduğunu, 1700 nəfərin yaralandığını desə də, uyğur fəallar ölənlərin sayının qat-qat artıq olduğunu iddia edir. Çinlə Avsraliya münasibətləri bu ayın əvvəllində Rio Tindo mədən nəhənginin 4 işçisinin rüşvət və məxfi məlumatların ələ keçirilməsi ittihamı ilə həbs edilməsindən sonra gərginləşib.

XS
SM
MD
LG