Accessibility links

Tehran qərb ölkələri ilə heç bir şərt qoyulmadan nüvə danışıqlarına başlaya biləcəyini deyir


İranın yüksək rütbəli nüvə rəsmisi Əli Əsgər Soltaniyə Tehranın qərb ölkələri ilə heç bir şərt qoyulmadan nüvə danışıqlarına başlaya biləcəyini deyib. İranın dövlət mediasının İranın BMT-dəki nüvə agentinə istinadən yazdığına görə, İran nüvə məsləsinin müzakirəsinə onun sözləri ilə, "yalnız heç bir şərt irəli sürülmədən başlaya bilər." İran rəsmiləri keçmişdə oxşar bəyanatla çıxış etsələr də, Qərbin təzyiqlərinə boyun əyməyəcəklərini bildiriblər .

Bilrəşmiş Ştatlar və Qərb dövlətləri İranı nüvə silahı istehsalında ittiham etsələr də, İran atom istehsalı proqramının elektrik istehsalı sahəsində inkişaf etdirdiyini deyir. Vaşınqton İrana sentyabr ayında BMT-nin Baş Assambleyası işinə başlayana qədər Qərb dövlətlərinin ticarət güzəştləri barədə təklif paketini qəbul etmək üçün vaxt verib.

XS
SM
MD
LG