Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, prezident seçkiləri ərəfəsində zorakılıqlar artıb. Bu gün beynəlxalq qüvvələrə və BMT işçilərinə edilən hücumlar azı 13 nəfərin ölümünə, 50-dən çoxunun yaralanmasına səbəb olub. Hücumlardan birinin paytaxt Kabilə aparan əsas yolda həyata keçirildiyi -maşına yerləşdirilmiş bombanın partlaması olub ki, bu BMT-yə işləyən iki əfqanın, azı 2 ABŞ əsgərinin və bir neçə mülki vətəndaşın ölümü ilə nəticələnib. Bu gün səhər eləcə də, Kabildəki prezident iqaməthagı yaxınlığındakı polis məntəqəsinə raket atıldığı xəbər verilir.
Cənubi Uruzqan vilayətində isə intiharçının polis məntəqəsində həyata keçirdiyi hücum 3 əsgərin və 2 mülki vətəndaşın ölümünə, 2 əsgər daxil edilməklə, azı 5 nəfərin yaralanmsına səbəb olub.