Accessibility links

Sibir elektrik stansiyasında baş verən partlayış zamanı itkin düşənlərin axtarışı davam edir


Rusiya üzgüçüləri Sibirin şərq bölgəsində, ölkənin ən iri elektrik stansiyalarından olan hidro-elektrik stansiyasında dünən baş verən partlayış üzündən itkin düşən 64 nəfərin axtarışını davam etdirirlər. Rusiyanın Xakasiya respublikasındakı Sayano-Şuşinskaya elektrik stansiyasında baş verən partlayış zamanı 12 nəfərin öldüyü, 14 nəfərin yaralandığı barədə məlumat təsdiq edilib.

Rusiyanın Rus-Hidro şirkətinin başçısı Vasili Zubakin bu gün axtarış əməliyyatlarının davam etdiyini, təhlükənin arxada qaldığını və itkin düşənlərin çoxunun tapılacağını deyib. Hidri-elektrik stansiyasında dünən baş verən qəzanın transformatorun partlamasından sonra neftin turbin otağına dolması səbəbindən olduğu deyilir.

XS
SM
MD
LG