Accessibility links

Şimon Peres:`Rusiya Yaxın Şərq sülh danışıqlarının bərpasında əsas rol oynaya bilər`


İsrail prezidenti Şimon Peres əmin olduğunu bildirib ki, Rusiya dalana dirənmiş Yaxın Şərq sülh danışıqlarınınbərpasında əsas rol oynaya bilər. Cənab Peres bu bəyanatı bu gün Dmitri Medvedevlə Soçidə görüşü zamanı dilə gətirib. Öz tərəfindən cənab Medvedev deyib ki, Yaxın Şərq münaqişəsində bütün tərəflər konfonrtasiya ssenarilərindən əl çəkməli və sakit yanaşma tərzi seçməlidirlər. Beynəlxalq Dödrlüyün hissəsi kimi, onun fikrincə Rusiya bu məqsədləri təşviq edəcək. İki ölkə liderləri həmçinin İsrail və Qərb dövlətlərinin İranın nüvə proqramı ilə bağlı narahatlıqlarını müzakirə ediblər. Moskva hazırda Tehranla sıx ticarət əlaqələri saxlayır.

XS
SM
MD
LG