Accessibility links

Hillari Klinton: ABŞ Cənubi Amerikada hərbi bazalar yaratmaq niyyətində deyil


ABŞ dövlət katibi Hillari Klinton Latın Amerikası ölkələrini əmin etməyə çalışıb ki, Kolumbiya ilə hərbi əməkdaşlıq ABŞ-ın Cənubi Amerikada hərbi bazalar yaratmaq istəyi demək deyil. Dövlət Departamentində danışan xanım Klinton Kolumbiya ilə hərbi razılığın Amerika qüvvələrinə o ölkənin bazalarına daxil olmaq imkanı verdiyini, lakin hərbi obyektlərin nəzarəti, komandanlığı və administrasiyasının Kolumbiyanın ixtiyarında qaldığını deyib.Hillari Klinton razılığın yaxın gələcəkdə yekunlaşdırılacağını bildirərək, sənədin yalnız iki ölkə arasında hərbi əməkdaşlığı nəzərdə tutduğunu vədigər ölkələrlə heç bir əlaqəsi olmadığını bəyan edib.

XS
SM
MD
LG