Accessibility links

Şimali Koreya Cənubi Koreya prezidentinin dəfn mərasiminə nümayəndə heyəti göndərir


Şimali Koreya Cənubi Koreya prezidentinin dəfn mərasiminə nümayəndə heyəti göndərir. Şimali Koreyanın prezidenti cənab Kimin ailəsinə başsağlığı verib.

Şimali Koreya ilə yeni barışıq siyasətinin əsasını qoymuş Cənubi Koreyanın sabiq prezidenti Kim Dae Cunq 85 yaşında çərşənbə axşamı vəfat edib. Medianın verdiyi məlumata görə, cənab Kimin vəfatının səbəbi ürək tutması olub. O, ötən aydan bəri Seuldakı xəstəxanada pnevmoniyadan müalicə edilirdi.

Cənab Kim 2000-ci ildə Şimali Koreya lideri Kim Conq İllə sammit təşkil etdiyinə görə Nobel sülh mükafatına layiq görülmüşdü. Həmin sammit yarım əsr davam edən düşmənçiliyin aradan qaldırılmasına başlanğıc olmuşdu. Kim Dae Cunq prezidentliyi dönəmində Koreyanı Asiyanın maliyyə böhranından çıxarmasına görə tanınır.

XS
SM
MD
LG