Accessibility links

Mehdi Kərrubi həbsxanalarda zorlamalarla bağlı iddiasını dəllillərlə sübut etməyə hazır olduğunu deyib


İranın müxalifət nümayəndəsi Mehdi Kərrubi deyib ki, o, prezident seçkilərindən sonra həbs edilənlərin zorlamalara məruz qaldıqları ilə bağlı iddiasını dəllillərlə sübut etməyə hazırdır. Milli Etimad Veb səhifəsində Cənab Kərrubi bildirib ki, o, dəlilləri prezident Mahmud Əhmədinejad da daxil edilməklə, İranın yüksək səviyyəli rəsmilərinə təqdim edə bilər. Veb səhifəsində görüşlər barədə müraciətin parlament spikeri Əli Laricaniyə ünvanladığı məktubda edildiyi bildirilir.

Mehdi Kərrubi iyun ayının 12-də keçirilən prezident seçkiləri zamanı həbs edilən qadın və yeniyetmə oğlanların zorlamalara məruz qaldıqlarını bəyan etdiyinə görə sərt-xətt tərəfdarları tərəfindən tənqidlərə məruz qalmışdır. Parlament spikeri Əli Larijani bu itihamların əsassız olduğunu demişdir.


XS
SM
MD
LG