Accessibility links

Şimon Peres Rusiyanın İrana müdafiə texnologiyası satışını nəzərdən keçirəcəyinə söz verdiyini bildirib


Israil prezidenti Şimon Peres Rusiyanın İrana hava müdafiə sistemi satışını bir daha nəzərdən keçirəcəyinə söz verdiyini bildirib. Qara dəniz şəhəri Soçidə danışan İsrail prezidenti deyib ki, Rusiyanın dövlət başçısı Dmitri Medvedyev S-300 tipli raketlərin satışına dair sazişin yenidən gözdən keçirilməsinə razılıq verib.

Soçi görüşü zamanı prezident Medvedyev İranın nüvə silahları əldə etməsinin əleyhinə olduğunu deyib. Cənab Peres isə nüvə silahlarının İranın əlinə keçməsinin İsrailə qarşı birbaşa təhlükə olduğunu bildirib.

XS
SM
MD
LG