Bazar ertəsi həbsxana
xəstəxanasında “Tolışi sədo” qəzetinin baş redaktoru, 68 yaşlı Novruzəli
Məmmədov vəfat edib. İşgəncələr Əleyhinə Azərbaycan komitəsinin sədri Elçin Behbudov
təsdiqləyərək bildirib ki, Məmmədovu müalicə edən həkim onun vəziyyətinin
birdən -birə dəyişərək dünyasını dəyişdiyini deyib.
Elmlər doktoru N.Məmmədov 2008-ci ilin yayında dövlətə xəyanət ittihamı ilə 10
il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. O, İran xüsusi
xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunurdu.