İran
prezidenti Mahmud Əhmədinejad bu gün yeni kabinetini parlamentə təqdim edəcək.
Kabinet üzvlərinin vəzifələrinin icrasına başlamasından əvvəl parlament cənab
Əhmədejadın nazir siyahısını təsdiq etməlidir. İran Konstitusiyasına görə,
prezident iki həftə ərzində öz hökumətini formalaşdırmalı və təsdiq olunması
üçün Kabinet namizədlərini parlamentə təqdim etməlidir. Cənab Əhmədinejad
ikinci dönəm prezidentliyə başlaması üçün avqustun 5-də and içmişdi. Suriya
prezidenti Bəşər Əl Əsəd iranlı həmkarını təbrik etmək üçün bu gün Tehrana
gəlib. Mahmud Əhmədinajadın ikinci dəfə prezident seçilməsi böyük mübahisələrə
yol açmış və baş qaldırmış kütləvi etirazlardan sonra təhlükəsizlik rəsmiləri
minlərlə insanı həbs etmişdi. Suriya prezidenti iğtişaşlar zamanı həbs edilmiş
fransız müəllimə Klotild Reysə lobbiçilik edib. İranda 6 həftə həbsdə saxlanılan reysin
zaminə buraxılmasına cənab Əsəd kömək etmişdi.