Accessibility links

Dünən İraqda son bir ilin ən faciəvi günü olub


İraqda son bir ilin ən faciəvi günü yol verilən zorakılqılarla bağlı 11 təhlükəsizlik zabiti sorğu-sual edilmək üçün saxlanıb. İraq hökuməti qumbara və bomba hücumları nəticəsində dünən ölənlərin sayının 100-ə çatdığını, yaralananların isə 500 nəfərdən çox olduğunu bildirib. İraq ordusunun sözçüsü Fransanın xəbər agentliyinə deyib ki, təhlükəsizlik qaydalarına əsasən dünən partladılan maşınlar kimi yük maşınları hökumət binaları yaxınlığına buraxılmamalı idi.

Bu gün təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə baxmayaraq, İraqın paytaxtında yenə də bomba hücumu həyata keçirilib. Rəsmilər velosipedə yerləşdirilmiş bomba partlayışının iki nəfərin ölümünə, azı 10 nəfərin yaralanmasına səbəb olduğunu deyirlər.

XS
SM
MD
LG