Accessibility links

Bağdadda bu gün də bomba hücumu həyata keçirilib


İraq polisinin bildirdiyinə görə, bu gün Bağdadın Dora məhəlləsindəki bazarda maşına yerləşdirilmiş bomba partlayışı 2 nəfərin ölümünə, 20 nəfərin yaralanmasına səbəb olub. Çərşənbə günü isə xarici və maliyyə nazirlikləri yaxınlığında həyata keçirilənbomba və qumbara hücumları 100-dən çox insanın ölümünə, 500-dən çoxunun yaralanmasına səbəb olmuşdu. Bağdad ətrafındason günlərin hücumları ABŞ hərbi qüvvələrinin iyun ayının 30-dan İraqın böyük şəhərlərindən çıxmasından sonra ən ağır hücumlardır.

İraqda son bir ilin ən faciəvi günü, çərşənbə günü yol verilən zorakılqılarla bağlı11 təhlükəsizlik zabiti sorğu-suala çəkilir. İraqın baş naziri Nuri Əl-Maliki hökumətin təhlükəsizlik ölçülərinin təcili şəkildə yenidən nəzərdən keçirməsinə çağırıb.


XS
SM
MD
LG