Rusiyanın Çeçenistan respublikasının rəsmiləri Qroznı şəhərində bir neçə velosipedə yerləşdirilmiş bombaların partladılmasının azı 4 polis işçisinin ölümü ilə nəticələndiyini bildirmişlər. Bugünkü bomba hücumları bazar ertəsi polis məntəqəsində yük maşınına yerləşdirilmiş bomba partlayışının azı 25 nəfərin ölümü, 130 nəfərdən çoxunun yaralanmasından sonraya təsadüf edir. Qeyd edək ki, son zamanlar Rusiyanın federal qüvvələrinin İslamçı yaraqlılara qarşı mübarizə apardığı Şimali Qafqaz regionunda zorakılıqlar xeyli artıb.