Accessibility links

Əhməd Cənnəti müxalifət liderlərinin həbsinə çağırır


İranın sərt-xətt tərəfdarı ruhanisi Ayətulla Əhməd Cənnəti iyun ayı prezident seçkilərindən sonrakı nümayişlərdəki roluna görə müxalifət liderlərinin həbsinə çağırıb. Bu gün Tehranda cümə namazı zamanı Ayətulla deyib ki, seçkisonrası qoyamlar 30 adamın ölümünə səbəb olub, lakin o, ölənlərin adlarını çəkməyib. İranın Nəzarət Şurasının rəhbəri Əhməd Cənnəti müxalifət liderlərinin məsiliyyətə cəlb edilməsini görülməli olan birnömrəli iş adlandırıb.

Müxalifət prezident seçkilərinin saxtalaşdırıldığını iddia edir. Seçkisonrası iğtişaşalar zamanı yüzlərlə insanın həbs edildiyi və onların çoxunun hələ də nəzarət altında olduğu deyilir.

XS
SM
MD
LG