Birləşmiş Ştatlar prezidenti Barak Obama dünən İsrail və fələstinlilərə sülh danışıqlarının bərpası barədə yeni çağırışını etdi. Prezident Obamanın tərəfləri sülh danışıqlarının bərpası çağırışından sonra İsrail və Fələstin bir-birlərini ittiham etməyə başlayıblar. İsrail sağçı hökumətinin baş naziri Benyamin Netanyahu danışıqlara hələ 5 ay bundan əvvəl, hakimiyyətə gələndən bəri bağlamağa hazır olduğunu deyib. Lakin İsrail fələstinlilərin həyata keçirilməsi mümkün olmayan, İordan çayının Qərb sahilində yəhudi yaşayış məntəqələrinin inşasını dayandırması kimi tələbinin bunu imkansız etdiyini deyir.
Fələstinlilərin müzakirəçisi Saib Erekat isə onun tərəfinin heç bir şərt irəli sürmədiyini və yeganə tələbin İsrailin beynəlxalq ictimaiyyətin dəstəklədiyi Yol Xəritəsi Sülh Planının öhdəliklərinə tam riayət etməsi olduğunu deyib.
Birləşmiş Ştatlar prezidenti Barak Obama tərəfləri danışıqların bərpası çağırışını İsrail hökumətinin İordan çağının Qərb sahilində yəhudi yaşayış məntəqələrinin inşasının dayandırılması barədə bəyanatından iki gün sonra edib.