ABŞ prezidenti Barak Obama səhiyyə sistemində islahatlar planını bir daha müdafiə edib. Lakin müxalif respublikaçılar prezidenti faktları təhrif etməkdə günahlandırır.
Həftəlik radio müraciəti
zamanı Barak Obama deyib ki, islahatlara qeyri-qanuni mühacirlərin tibbi
sığorta ilə təmin edilməsi, abort üçün icbari fondlar və eftanaziyanın yer
alacacağına dair qorxuları azaltmağa çalışıb. Prezident bu saxta iddiaların amerikalılar
arasında parçalanma yaratmaq cəhdi kimi qiymətləndirib. ABŞ dvlət başçısı deyib
ki, hökumətin təklif etdiyi plan özəl
sığorta şirkətləri kimi fəaliyyət göstərəcək və bu, hökumətin tibbi xidmətlərə
nəzarət edəcəyi demək deyil.
Respublikaçı
senator Tom Prays prezident Obamanın, onun sözləri ilə, “oyunu tez aparıb,
faktları itirdiyini” deyib. Cavab müraciətində respublikaçı senator deyib ki,
özəl sığorta şirkətləri vergi ödənişləri
ilə dəstəklənəcək hökumət planı ilə rəqabətə girə bilməyəcək.