Accessibility links

İraq xarici işlər naziri bomba hücumunda təhlükəsizlik qüvvələrinin yardımını istisna etmir


İraq xarici işlər naziri deyir ki, xarici işlər və maliyyə nazirliklərinin qarşısında həyata keçirilən bomba hücumunun məsuliyyətini öz üzərinə götürən yaraqlılar çox ehtimal ki, təhlükəsizlik qüvvələrindən yardım alıb. Bu gün açıqlama verən Hoşyar Zebari coxsaylı günahsız insanın ölümünə görə kədərləndiyini bildirib. Qeyd edək ki, çərşənbə günü baş vermiş hücum zamanlar zamanı 100-dən çox insan həlak olmuş, 500 nəfər isə yaralanmışdı. Bu, Bağdadda iyunun 30-u ABŞ qüvvələrinin İraqın böyük şəhərlərini tərk etməsindən sonra ən qanlı hücumdur. Dünən isə təhlükəsizlik qüvvələri xarici işlər və maliyyə nazirliklərinə qarşı hücumla bağlı Səddam Hüseynın Bəəs partiyası ilə əlaqəsi olan bir necə nəfərin həbs edildiyini bəyan etmişdi.
XS
SM
MD
LG