Accessibility links

İran prezidentinin seçimi narahatlıqlara səbəb olub


İran prezidenti Mahmud Əhmədinejadın Əhməd Vəhidini müdafiə naziri vəzifəsinə namizəd göstərməsi ABŞ-ın ciddi narahatlığı ilə qarşılanıb.Vəhidi 1994-cü ildə Buenos-Ayresdə Yəhudi mərkəzinin partladılması ittihamı ilə İnterpolun axtarışındadır.

İranın müdafiə nazirinin sabiq müavini Əhməd Vəhidi axtarışda olan terrorçular siyahısına 2007-ci ildə Argentina prokurorluğunun tələbi ilə salınıb.

85 adamın ölümü, yüzlərlə insanın yaralanması ilə nəticələnən hücuma görə Argentina 2006-ci ildə rəsmən İran hökumətini günahlandırmış və hücumun İranın dəstəklədiyi Hizbullah yaraqlıları tərəfindən həyata keçirildiyini demişdi.


XS
SM
MD
LG