Accessibility links

İnquşetiya prezidenti geri dönüb


Rusiyanın İnquşetiya respublikasının lideri iyun ayında sui-qəsd cəhdi nəticəsində aldığı yaraların sağalması üçün müalicə keçəndən sonra bu gün regiona geri dönüb. Prezident Yunusbek Yevkurov təyyarədən paytaxt Maqasa enən zaman terrorçulara qarşı amansız müharibə aparacaqlarına söz verib. O, Moskva yaxınlığında müalicə keçsə də, bu həftənin bazar ertəsi günü lideri olduğu respublikada baş vermiş terrorçu hücumlardan sonra vaxtından əvvəl geri dönməyə qərar vermişdi. Qeyd edək ki, respublikanın ən iri şəhəri Narzanda baş vermiş terrorçu hücumu nəticəsində 25 nəfər həlak olmuşdu. Çeçen üsyançı qrupu hücumun məsuliyyətini öz üzərinə götürüb. Bu hücum İnquşetiyada son illərin ən ağır terror aksiyasıdır.
XS
SM
MD
LG