Accessibility links

Barak Obama müsəlmanların Ramazan ayını təbrik etdi


Ağ evin internet səhifəsində yerləşdirilən video bəyanatına Birləşmiş Ştatlar prezidenti Barak Obama dünya müsəlmanlarını müqəddəs Ramazan ayı münasibəti ilə təbriklə başlayır: “50 ştatdakı müsəlman icmaları da daxil olmaqla, Amerika xalqı adından Amerika və dünya müsəlmanlarına ən xoş arzularımı çatdırmaq istəyirəm. Ramazan Kərim”.

Təxmənin 5 dəqiqə davam edən video mesajda cənab Obama ABŞ-ın Əfqanıstan və Paksitanda zorakı ekstremistləri məhv etmək təşəbbüslərini və İsrail-Fələstin münaqişəsinin iki dövlət variantı ilə həllinə dəstəyini vurğulayıb: “Bütün bu səylər Amerikanın ortaq maraq və hörmət əsasında müsəlmanlar və əksəriyyətini müsəlmanların təşkil etdiyi dövlətlərlə münasibətlərinin bir hissəsidir. Və bu yeniləşmə zamanı Mən Amerika ilə Müsəlman dünyası arasında yeni başlanğıc vədinə sədaqərimi təkrar edirəm”.

Prezident Obamanın Ramazan mesajı onun iyun ayında Misir paytaxtı Qahirədə dünya müsəlmanlarına müraciətindən qaynaqlanan xoş məramının davamı mahiyyəti daşıyır. ABŞ dövlət başçısının sözlərinə görə, dünya boyu ABŞ səfirlikləri son iki ayda müsəlman əhalinin üstünlük təşkil etdiyi ölkələrdə insanlara Amerikanın onlarla eyni fikri paylaşdığını göstərməyə çaılışıb: “Biz onları dinləmişik və biz diqqətimizi dəyişiklik gətirəcək konkret siyasi və təhlükəsizlik addımlarına yönəltmişik".

Prezident müsəlman dövlətlərlə təhsil, elm, səhiyyə və iqtisadi sahələrdə də məsləhətləşmələr aparılmasını təbliğ edib.

İslam təqviminin 9-cu ayı olan Ramazan təxminən 1400 il əvvəl Quranın Məhəmməd peyğəmbərə nazil olması ilə qeyd edilməyə başlayıb.
XS
SM
MD
LG