Accessibility links

Cənubi Koreya liderinin dəfn mərasimi keçirilib


Cənubi Koreyanın mərhum prezidenti Kim Dae-Cunqun dəfn mərasimi keçirilib. O, diktatorluqla mübarizə apararaq ölkəyə demokratiya gətirib və prezident olandan Şimali Koreya ilə münasibətlərin yaxşılaşmasına çalışıb. Uzun illər müxalifət lideri olan zaman ölüm təhdidləri, həbslərlə üzləşəndən sonra 1998-ci ildə Cənubi Koreyanın prezidenti olan cənab Kimin dəfn mərasimi Milli Assambleyada keçirilib. Minlərlə siyasətçi, xarici nümayəndər və sadə insanlar mərasimə qatılıb. Qeyd edək ki, cənab Kim bu həftənin çərşənbə axşamı günü 85 yaşında dünyasını dəyişmişdi. Çıxışı zamanı Cənubi Koreyanın baş naziri Han Seunq-Su deyib ki, cənab Kim Koreya yarımadası ikiyə bölünəndən sonra ilk dəfə keçirilən Cənub-Şimal sammiti vasitəsilə Koreyalararası barışığa, mübadiləyə və əməkdaşlığa yol açıb.
XS
SM
MD
LG