Accessibility links

Barak Obama məzuniyyətə çıxıb


Birləşmiş Ştatlar prezidenti Barak Obama bu gündən etibarən ailəsi ilə birlikdə bir həftəlik məzuniyyətə çıxıb. O, məzuniyyətini Boston şəhəri yaxınlığındakı Martas Vinyard adasında keçirir. Cənab Obama, həyat yoldaşı Mişel və qızları Malia ilə Saşa adada şəxsi bir evdə qalacaq. ABŞ-ın sabiq prezidenti Bil Klinton da tətillərini bu evdə keçirirdi. Birinci ailə Martas Vinyardda pis hava şəraiti səbəbilə bir neçə saatlıq gecikmə ilə adaya çatıb. Barak Obama və ailəsinin qalacağı evin bir həftəlik kirayəsi 35 min dollardır.
XS
SM
MD
LG