Accessibility links

Pakistanın  Peşəvər şəhərində bu gün kamikadze hücumu nəticəsində 3 adam həlak olub


Pakistanın Peşəvər şəhərində bu gün kamikadze hücumu nəticəsində 3 adam həlak olub, 15 nəfər yaralanıb. Polis hücumun iki rəqib qruplaşma arasındakı qarşıdurmadan qaynaqlandığını deyir.

Rəsmilər hücumdan az əvvəl iki nəfər arasında atışma olduğunu bildirib. Bu hadisəninLəşkəri-İslamın rəqibi Ənsarül- İslam qrupunun iki üzvünün öldürülməsi ilə nəticələnən qarşıdurma ilə əlaqəsi olduğu təxmin edilir.

Bununla yanaşı bu gün Pakistanın Cənubi Vəziristan vilayətinin Vana şəhərində qəbilə ağsaqqalı öldürülüb.


XS
SM
MD
LG