İran
deyir ki, o, dünya qüdrətlərinin ölkəyə qarşı siyasətini dəyişməsini və İslam
Respublikası ilə təmasları bərpa etməsini istəyir. Xarici işlər nazirliyinin sözçüsü deyib ki,
Qərb liderləri öz strategiyalarını dəyişməlidirlər, çünki sanksiyalar İranın
nüvə proqramını dayandırmayacaq. Bu
bəyanat İranın BMT nüvə müfəttişlərini ölkəyə buraxmasından bir neçə gün
sonraya təsadüf edir. Vyanadakı
diplomatlar bildirir ki, Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinin
ekspertlərinə bu ayın əvvəlində Arak reaktorunu təftiş etməyə razılıq verib. Həmin reaktorun inşası demək olar ki, başa
çatıb və plutonium istehsal edə bilər.