Accessibility links

Qulam Hüseyn Mohseni-Ecei İranın baş prokuroru təyin edilib


Keçən ay prezident tərəfindən vəzifəsindən kənarlaşdırılan İranın kəşfiyyat naziri Qulam Hüseyn Mohseni-Ecei ölkənin baş prokuroru təyin edilib. İranın dövlət xəbər agentilinin bildirdyinə görə, bu vəzifəyə onu ədliyyə başçısı və ali məhkəmənin hakimləri təyin ediblər. Qərb agentlikləri isə son qərarı hakimiyyətdaxili çəkişmələrin əlaməti kimi qiymətləndirirlər.

Cənab Mohseni-Eceinin prezident Mahmus Əhmədinejad tərəfindən vəzifəsindən kənarlaşdırılmasının səbəbləri hələ də tam aydın deyil. Ölkə mediasında bu addım hökumətin prezident seçkilərindən sonrakı etirazlarla bağlı gördüyü tədbirlər və cənab Əhmədinejadın birinci vitse-prezidentliyə seçimi ilə bağlı yaranan fikir ayrılığı ilə əlaqələndirilir.


XS
SM
MD
LG