Rusiyanın Xarizi İşlər Nazirlıiyi yaydığı bəyanatda digər dövlətləri də Gürgüstanın iki separatçı regionunun müstəqilliyini tanıyan Nikaraquanın nümunəsini davam etdirməyə çağırıb. Nazirliyin açıqladığı bəyanatda deyilir ki, separatçı Cənubi Osetiya və Abxaziya regionlarının müstəqilliyi tanınmayınca Qafqaz regionunda sülhün və təhlükəsizliyin bərpası mümkün olmayacaq. Bu bəyanat Rusiyanın həmin iki separatçı regionun müstəqilliyini tanımasını elan etməsinin 1-ci ildönümünə təsadüf edir.
Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Nalbandov Rusiyanın Gürcüstana qarşı atdığı addımları riyakar adlandırıb. O, habelə Rusiyanın separatçı regionlardakı hərbi mövcudiyyətini işğal kimi dəyərləndirib.