Accessibility links

Çeçenistanın İslamçı separatçıları Əhməd Zakayevi qətlə yetirəcəklərini bildirmişlər


Çeçenistandakı İslamçı separatçılar məşhur liderlərindən Əhməd Zakayevin İslamdan üz döndərərək, Moskvanın dəstəklədiyi hökuməti tanıdığı üçün qətlə yetiriləcəyini bəyan etmişlər. Qeyd edək ki, Londonda mühacirətdə yaşayan Zakayev separatçı hərakatın mötədil cinahlarından birinin təsisçisidir və bundan əvvəl radikal fraksiyalarla mübarəzə aparıb. Çeçenistan liderləri ilə regionda baş verən zorakılıqlara son qoyulması üçün danışıqlar aparmaq istəyən separatçı liderZakayevin qətli barədə qərar separatçıların veb səhifəsində açıqlanıb.

Bu arada isə Rusiya rəsmiləri Çeçenistanın paytaxtı Qroznı yaxınlığındakı Meşker-Yurtda həyata keçirilən intiharçı hücumun azı 3 polis işçisinin ölümünə səbəb olduğunu bildirirlər.

Rusiyanın baş naziri Vladimir Putinin dünən Çeçenistan respublikasına səfər etdiyi və Çeçen lideri Ramzan Kadırovla görüşərək, respublikadakı siyasi və ictimai məsələləri müzakirə etdiyi bildirilir.


XS
SM
MD
LG