İkinci dəfə
yenidən Venesuela Dünya Gözəli müsabiqəsinin qalibi olub. 18 yaşlı Stefaniya Fernandez bazar günü gecə
Baham adalarında yerləşən Atlantis kurortunda keçirilən yarışda dünya gözəli
seçilib. 80 ölkədən gəlmiş rəqiblərini
məğlub edən Fernandez milyonlarla tamaşaçının izlədiyi yarışın 58-ci qalibi
olub. Son mərhələyə çıxan beş finalist
arasında Venesuela ilə yanaşı Avstraliya, Dominikan Respublikası, Kosovo və
Puerto Riko gözəlləri var idi. Ötən ilki
müsabiqənin qalibi Venesueladan Dayan Mendoza olmuşdu.