Accessibility links

ABŞ senatoru  Edvard Kennedi 77 yaşında dünyasını dəyişib


ABŞ senatoru Edvard Kennedi 77 yaşında dünyasını dəyişib. Amerikanın sabiq prezidenti Con F. Kennedinin ən kiçik qardaşı Ted Kennedi beyin xərçəngindən iztirab çəkirdi. Senator çərşənbə axşamı gecə Massaçusetts ştatının Hyannisdəki evində vəfat edib. Kennedi ailəsinin bəyanatında senator ailənin əvəzedilməz üzvü adlandırılıb. Kennedi Massaçusetts ştatını senator kimi 1962-ci ildən təmsil edirdi. Edvard Kennedi səhiyyə xidmətləri ilə yanaşı, vətəndaş hüquqları, təhsil, mühacirət kimi liberal məsələlərin güclü tərəfdarlarından idi. O,Vyetnam müharibəsi və Amerikanın İraqa müdaxiləsinin kəskin tənqidçisi kimi tanınırdı. ABŞ prezidenti Barak Obamaya 2008-ci il prezident kampaniyası zamanı dəstəyini bildirən Kennedi bu yaxınlarda prezidentin Azadlıq medalı ilə təltif edilmişdi.

XS
SM
MD
LG