Venesuela
ABŞ qüvvələrinə hərbi bazalardan istifadə etməyə icazə verən Kolumbiya ilə
diplomatik əlaqələrini kəsməyə hazırlaşır.
Venesuelanın xarici işlər naziri Nikolas Maduronun açıqlamasında deyilib
ki, Kolumbiya ilə münasibətlərin kəsilməsi qərarı prezident Uqo Çaves tərəfindən verilib.
Çaves
ABŞ-Kolumbiya hərbi əməkdaşlığını ölkəsinə qarşı hədə hesab edir. ABŞ dövlət
katibi Hillari Klinton isə bu əməkdaşlığın digər ölkələrlə heç bir əlaqəsi
olmadığını deyir. Bu həftənin
əvvəllərində Kolumbiya Venesuelanı daxili məsələrinə müdaxilə etməkdə
günahlandırmışdı.