Accessibility links

İsrail fələstinlilərlə danışıqları bərpa etmək istəyir


İsrail baş naziri deyir ki, onun hökuməti regional sülh əldə etmək üçün fələstinlilərlə danışıqlara yenidən başlamaq ümidindədir. Londonda ABŞ elçisi Corc Mitçellə görüşü ərəfəsində Benyamin Netanyahu dedi ki, onun hökuməti normal danışıqları bərpa etmək üçün sözdə və əməldə konkret addımlar atır. Cənab Netanyahu bildirib ki, İsrail qalmaqal doğuran yaşayış məntəqələrinin inşası ilə bağlı ABŞ-la kompromis əldə etməyə çalışır. ABŞ və Fələstin rəsmiləri İsrailin Şərqi Qüdsdə və Qərb Sahilində inşaat işlərini dayandırmasını istəyir. Lakin cənab Netanyahu aydın edib ki, İsrail Qüdsdə yaşayış məntəqələrinin tikintisinə məhdudiyyət qoymayacaq.
XS
SM
MD
LG