Accessibility links

Koreyalar ailə qovuşmalarını müzakirə edir


Cənubi Koreya Şimali Koreyanı yarım əsrdən çoxdur ki, ayrı düşmüş ailələrin mütəmadi qaydada bir araya gəlməsinə şərait yaratmağa çağırıb. Bu gün tərəflər arasında keçirilən danışıqlarda cənub rəsmiləri kommunist dövlətindən xahiş ediblər ki, görüşləri birdəfəlik etməsin. Kumqanq Dağında yerləşən kurort zonasında görüşən rəsilər bu ilin sonunadək ailələin qovuşmasına dair razılıq əldə etməyə doğru proqres edirlər. Cənubi Koreya mediasının məlumatına görə tərəflər hələ də ailələrin görüş tarixini müəyyən etməyiblər. Sonuncu dəfə bu növ görüşlər iki il bundan öncə baş vermişdi.
XS
SM
MD
LG