Accessibility links

Tayvan prezidenti Dalay Lamanın adaya səyahət etməsinə icazə verib


Tayvan prezidenti Tibetin ruhani ldieri Dalay Lamanın adaya səyahət etməsinə icazə verib. Dalay Lamaya dəvətnamə göndərilməsi qərarını təsdiq etdiyini prezident dünən bildirib. Müxalif Demokratik İnkişaf partiyası Dalay Lamanı Tayvanın Morakot tufanının təsirinə məruz qoyduğu cənub bölgələrini ziyarət etməyə dəvət edib.

Keçən il Tayvan prezidenti Dalay Lamanın ölkəyə dəvətini rədd etmişdi. Tayvan prezidentinin sözçüsü bu səfəri humanitar və dini səbəblərə əsaslandırarar, qarşılqılı münasibətlərə təsiri olmayacağını deyib.

Tibetin ruhani lideri Dalay Lamanı Tibetin müstəqillik əldə etmək cəhdlərində gühanlandıran Çin hökuməti Tayvanın qərarını kəskin tənqid edib.


XS
SM
MD
LG